Millimiz Uelsə uduzdu - YENİLƏNDİ

Millimiz Uelsə uduzdu - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununu keçirib.

Sport7.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığmasını qəbul edib. "Bakcell Arena"da baş tutacaq matçda yığmamız 0:2 hesabı ilə məğlub olub.

Bu oyuna qədər 5 komandalı E qrupunda yer alan hər iki kollektiv indiyədək 6 oyun keçirmiş, Uels 8 xalla 4-cü, Azərbaycan 1 xalla sonuncu pillədə qərarlaşaraq final mərhələsinə yüksəlmə şanslarını itiriblər. Qalan 4 komandanın isə mərhələ şansları qalır.

Bu, iki komanda arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərin yalnız 1-də - 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə etməyi bacarıb - 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanıb.

AVRO-2020
Seçmə mərhələ
E qrupu

16 noyabr
21.00 Azərbaycan - Uels 0:2 
Qollar: Kifer Moore, 10, Harri Uilson, 34

Azərbaycan: Emil Balayev, Anton Krivotsyuk, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Pavel Paşayev, Riçard Almeyda, Qara Qarayev (k), Şəhriyar Rəhimov, Dmitri Nazarov, Araz Abdullayev, Ramil Şeydayev

Ehtiyat oyunçular: Səlahət Ağayev, Mehdi Cənnətov, Emin Mahmudov, Vüsal İsgəndərli, Ağabala Ramazanov, Elvin Camalov, Şəhriyar Əliyev, Abbas Hüseynov, Renat Dadaşov, Təmkin Xəlilzadə, Cavid Hüseynov

Uels: Ueyn Hennessi, Ben Deyvis, Kris Mefam, Harri Uilson, Qaret Beyl (k), Kiffer Mur, Konnor Roberts, Ethan Ampadu, Tom Lokyer, Joe Morrell, Daniel Ceyms

Ehtiyat oyunçular: Adam Deyvis, Tom King, Kris Qunter, Ceyms Lavrens, Aşley Villiams, Mettyu Smith, Sam Vokes, Aaron Remzi, Dylan Levitt, Tuler Roberts, Rabbi Marondo, Uill Vaulks

Hakimlər: Deniz Aytekin, Eduard Beytinger, Rafael Foltın, Kristian Dingert (Almaniya).
Hakim-inspektor: Sergey Zuyev (Rusiya).
UEFA nümayəndəsi: Mark Bos (Niderland).
Bakı. "Bakcell Arena”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR