Millimiz Ukraynada 9 medal qazandı

Millimiz Ukraynada 9 medal qazandı

Taekvando üzrə millimiz Ukraynada doqquz medal qazanıb.

Sport7.az xəbər verir ki, Xarkov şəhərində keçirilən G1 kateqoriyalı "Ukraina Open" beynəlxalq turnirdə 9 idmançı ilə təmsil olunan böyüklərdən ibarət millimiz yarışda maksimum nəticə göstərib. 
 
Komandanın üzvlərindən Qaşım Maqomedov (-58 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov (-87 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (-53 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
 
Bəhruz Quluzadə (-54 kq) və Fəridə Əzizova (-67 kq) finalda, Cavad Ağayev (-68 kq) və Ayxan Tağızadə (-74 kq) isə yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.
 
Gədəbəy taekvondo klubunu təmsil edən Beyrək Bağırov (-87 kq) da bu yarışda bürünc medala layiq görülüb.
 
58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov yarışın "ən yaxşı idmançısı" seçilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR