Millimizdən böyükhesablı qələbə

Millimizdən böyükhesablı qələbə

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz növbəti matçını keçirib.
 
Sport7.az xəbər verir ki, futzalçılarımız 3-cü qarşılaşmada Moldova millisi ilə münasibətlərə aydınlıq gətirib. Görüş Joze Alseionun komandasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qrupdakı 3-cü oyununda da qələbə qazanan Azərbaycan millisi xallarını 9-a çatdıraraq liderliyini möhkəmlədib. Moldova isə 4 xalla 2-ci pillədə qalıb. 
 
Avropa çempionatının seçmə qrup mərhələsi

Azərbaycan – Moldova (3:0) 5:1
(Fineo De Araujo, 06:37, Rizvan Fərzəliyev, 13:44, Hadi Ahmadi, 14:51, Bolinha, 26:49, 39:59 - Sergey Takot, 25:15
 
Azərbaycan: 12. Rövşən Hüseynli (GK), 6. Eduardo Borges, 13. Qalo, 9. Rafael Vilela, 10. Vassoura, 19. Cavad Məmmədov (GK), 3. Bolinha, 5. Amir Shojaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 16. Fineo De Araujo
Baş məşqçi: Joze Alesio Da Silva

Moldova: 1. Oleq Çitoroaqi (GK), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (K), 12. Sergey Burduja (GK), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara
Baş məşqçi: Vladimir Busatıy

Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan)
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan)
Hakim-inspektor: Petrou Antonis (Kipr)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)
4 mart. Bakı İdman Sarayı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR