17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Sport7.az xəbər verir ki, Yunanıstan yığması ilə qarşılaşan komandamız 1:6 hesabı ilə məğlub olub. Yığmamızın yeganə qolunu Berkay Vardar vurub.
U-17 qrup mərhələsində növbəti oyununu noyabrın 16-da, saat 16:00-da Almaniya yığmasına qarşı keçirəcək.
Sport7.az