Millimizin daha bir futbolçusu koronavirus testindən keçdi

Millimizin daha bir futbolçusu koronavirus testindən keçdi

Millimizin üzvü Eddi İsrafilovun da forma geyindiyi İspaniya təmsilçisi "Albasate"nin oyunçuları koronavirus testindən keçib. 

Sport7.az xəbər verir ki, testin nəticələri 48 saat ərzində bəlli olacaq. Oyunçuların bir ay ərzində daha 3 dəfə yoxlanışdan keçəcəyi vurğulanıb. 

Azərbaycan millisinin digər üzvü Dmitri Nazarovun çıxış etdiyi Almaniya klubu "Ertsgebirge"nin oyunçuları və əməkdaşları komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəbindən karantinə alınıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR