Millimizin futbolçusu cəzalı duruma düşdü

Millimizin futbolçusu cəzalı duruma düşdü

İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov cəzalı duruma düşüb.

Sport7.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Sequndanın XXXVII turunda "Alkorkon"la keçirilən oyunun 33-cü dəqiqəsində sarı vərəqə alıb. Bununla da o, sarı vərəqə limitini doldurub. Eddi bu səbəbdən "Malaqa" ilə görüşdə oynaya bilməyəcək.

Qeyd edək ki, "Albasete" - "Alkorkon" matçı 1:1 hesabı ilə yekunlaşıb. Komanda "Malaqa" ilə iyulun 5-də qarşılaşacaq. 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR