Millimizin futbolçusu heyətdən kənarlaşdırıldı

Millimizin futbolçusu heyətdən kənarlaşdırıldı

Millimizin futbolçusu Eddi İsrafilov İspaniya çempionatının I Divizonunda çıxış edən "Alkorkon” komandasının əsas heyətindən kənarlaşdırılıb.
 
Sport7.az xəbər verir ki, bu barədə "Aupa Alba” məlumat yayıb.
 
Xəbərə görə, komandanın yeni baş məşqçisi Fren Fernandes 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı deyil. O, İsrafilovun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib.

"Alkorkon”la 2020-ci ilin iyulunadək müqaviləsi olan İsrafilovla İspaniya çempionatının I divizonunda çıxış edən başqa bir klubun – "Albasete”nin yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, Eddi İsrafilov "Alkorkon”a ötən ilin yanvarında "Ximnastik”dən keçib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR