Millimizin futbolçusu koronavirusa yoluxub?

Millimizin futbolçusu koronavirusa yoluxub?

Milli komandamızın hücumçusu Rüfət Dadaşovun forma geyindiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun daha 3 üzvündə koronavirus aşkarlanıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun baş direktoru Bobbi Dall məlumat verib. Klub rəsmisi bildirib ki, 3 futbolçudan 2-si xəstəliyi simptomsuz keçirir. Digərində isə yüngül əlamətlər müşahidə olunur.

Test nəticəsi müsbət çıxmış futbolçular məşqlərdən 10 günlük kənarlaşdırılıb və şənbə günü "Los Anceles Qelaksi II"yə qarşı oynamayacaqlar. B.Dall koronavirus aşkarlanan futbolçuların adlarını açıqlamayıb.

Qeyd edək ki, "Finiks Rizinq" məşqləri bərpa etdikdən sonra ümumilikdə 8 futbolçuda koronavirus aşkarlanıb. Onlardan 5-i tam sağalaraq komandaya qoşulub. Digər 3 oyunçunun müalicəsi isə davam edir.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR