Millimizin futbolçusu Niderland klubunda debüt etdi

Millimizin futbolçusu Niderland klubunda debüt etdi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın "Telstar" klubunda debütü gerçəkləşib.

Sport7.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi I Divizionun XXI turunda AZ klubunun əvəzedici komandası ilə görüşdə iştirak edib.

Kökçü 67-ci dəqiqədə meydana daxil olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.

"Telstar" bu nəticədən sonra 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR