Millimizin futbolçusu Vyetnam klubuna keçib

Millimizin futbolçusu Vyetnam klubuna keçib

Millimizin və Almaniyanın "Proyssen” klubunun futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək.
 
Sport7.az xəbər verir ki, bu barədə "Tin Tuc Vietnam” saytı məlumat yayıb.
 
Xəbərə görə, Rüfət Vyetnamın yüksək dəstəsində yer alan "Nam Din” komandasına keçib. 

Azərbaycan millisinin 28 yaşlı hücumçusu ilə braziliyalı Qabriel Do Karmo komandaya cəlb olunduğu halda, slovakiyalı Lyubomir Ulrix isə baxışa dəvət olunub.

Qeyd edək ki, "Nam Din” ölkə çempionatında 26 turdan sonra 31 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Dadaşovun ötən ilin iyununda transfer olunduğu "Proyssen”lə 30 iyun 2020-ci ilə qədər müqaviləsi vardı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR