Millimizin heyətindən 2 oyunçu kənarlaşdırıldı

Millimizin heyətindən 2 oyunçu kənarlaşdırıldı

Qadın voleybolçular arasında Azərbaycan millisinin heyətində dəyişiklik edilib. 

Sport7.az xəbər verir ki, yığmanın italiyalı baş məşqçisi Covanni Kaprara Avropa çempionatında daha iki oyunçunu - hücumçu Anastasiya Qurbanova və blokçu Kseniya Pavlenkonu komandadan kənarlaşdırıb.
 
Yekunda 12 oyunçu sifariş edilib. 

Toppaylayıcılar: 2. Yana Əzimova, 14. Kristsina Yaqubova, 18. Şəfaqət Alışanova
Blokçular: 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 22. Mariya Kirilyuk
Hücumçular:  5. Odina Əliyeva, 8. Yelizaveta Səmədova, 9. Anastasiya Bessonova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova 
Libero: 19. Bəyaz Əliyeva

Qeyd edək ki, Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər. Qrupun oyunları Budapeştdə keçiriləcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR