Millimizin hücumçusu mövsümün rəmzi yığmasında

Millimizin hücumçusu mövsümün rəmzi yığmasında

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov Milli Futbol Liqasında (USL) 2020 mövsümünün ən yaxşı oyunçularından hesab olunub.

Sport7.az xəbər verir ki, bu haqda USL-in rəsmi saytında məlumat yer alıb. 29 yaşlı hücumçu mövsümün ikinci rəmzi komandasına daxil edilib. Dadaşov cari mövsüm 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard çempionat ərzində 72,4 faiz dəqiq ötürmə ilə çıxış edib.

"Finiks Rayzinq" USL-də B Liqasının qalibi olub.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR