Millimizin hücumçusundan növbəti qol  - ABŞ-da

Millimizin hücumçusundan növbəti qol - ABŞ-da

Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) 11-ci qolunu vurub. 

Sport7.az xəbər verir ki, 29 yaşlı hücumçu "Oranj Kaunti" ilə ev oyununda fərqlənib. O, 37-ci dəqiqədə dəqiq zərbə vuraraq, komandasına qələbə qazandırıb - 1:0. Bu, Dadaşovun USL-də 11-ci qolu olub. Təcrübəli forvard 84-cü dəqiqədə sarı vərəqə alıb. 

Bu qələbədən sonra "Finiks Rayzinq" 14 oyundan 29 xalla B qrupunda liderliyini davam etdirir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR