Millimizin hücumçusundan növbəti qol

Millimizin hücumçusundan növbəti qol

ABŞ-ın klubu "Finiks Rayzinq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL çempionatında növbəti qolunu vurub. 

Sport7.az xəbər verir ki, 29 yaşlı hücumçu 6-cı turda "Nyu Meksiko"nu 5:2 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Forvard 22-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. 

Dadaşov qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib. 

"Finiks Rayzinq" 6 turdan sonra B qrupunda 13 xalla liderdir. Rüfət Dadaşov cari mövsüm 5-ci qolunu vurub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR