Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Moldova – Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Sport7.az xəbər verir ki, matçı Polşadan olan referilər idarə edəcək. Görüşün UEFA nümayəndəsi serb Zoran Dimiç olacaq.
Hakimlər: Damian Qrabovski (Polşa), Dominik Çipinski (Polşa), Viktor Bugenko (Moldova)
Qarşılaşma Martın 9-da, saat 20:30-da Çoresku İdman zalında baş tutacaq.
Sport7.az