Millimizin qisas oyunu Sumqayıtda keçiriləcək

Millimizin qisas oyunu Sumqayıtda keçiriləcək

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib.

Sport7.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Sumqayıt şəhərindəki "Kapital Bank Arena”da keçiriləcək.

Bu komandaların ilk görüşündə millimiz rəqibinə 0:1 hesabıyla uduzmaqla biabırçılığa imza atmışdı. Sumqayıtdakı görüş bu məğlubiyyətin revanşını almaq üçün yaxşı fürsətdi.

Qeyd edək ki, noyabrın 14-də keçiriləcək oyun saat 18:00-da başlayacaq. U-21-in oktyabrın 15-də İsveçrəyə 0:1 hesabı ilə uduzduğu seçmə mərhələ oyunu da "Kapital Bank Arena”da olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR