Millimizin sabiq futbolçusu

Millimizin sabiq futbolçusu "Sumqayıt"da

2020/2021 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümün ilk hissəsini "Zirə"də keçirmiş, qış fasiləsindən sonra isə klubsuz qalan Elvin Məmmədovun keçidini həll edib.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Zirə"dən ayrılan Tellur Mütəllimovla anlaşıb. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR