Millimizin sabiq üzvü:

Millimizin sabiq üzvü: "Dizimdəki zədə ilə bağlı ağır əməliyyat keçirməli olmuşdum"

"Sumqayıt" qış "transfer pəncərəsi" zamanı növbəti futbolçunu rəsmən heyətinə qatıb. 

Sport7.az xəbər verir ki, neçə vaxtdır ki, "Sumqayıt"ın düşərgəsində olan Pərdis Fərcad-Azadla 1,5 illik müqavilə imzalayıb.

Pərdis köhnə-yeni klubunda 17 nömrəli formanı geyinəcək. Yeni müqavilə ilə bağlı 26 yaşlı futbolçu klubun rəsmi saytına açıqlama verib: "Bildiyiniz kimi, dizimdəki zədə ilə bağlı ağır əməliyyat keçirməli olmuşdum. Artıq 6 aylıq dövr arxada qalıb. Özümü əla hiss edirəm. 2 həftədir ki, "Sumqayıt" ilə hazırlaşıram. Bu gün isə yeni müqavilə imzalamışam. Özümü çempionata tam hazır sayıram".

Qeyd edək ki, Pərdis Fərcad-Azad 2013/14 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 24 qarşılaşmada 1874 dəqiqə meydanda olub və 6 qola imza atıb. Fars və Azərbaycan mənşəli hücumçu millimizdə 3 oyun keçirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR