Millimizin sabiq üzvü Türkiyə klubunun baş məşqçisi oldu

Millimizin sabiq üzvü Türkiyə klubunun baş məşqçisi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü İnessa Qorxmazın yeni iş yeri müəyyənləşib.

Sport7.az xəbər verir ki, veteran voleybolçu Türkiyənin "Böyükçekmece” klubunun baş məşqçisi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İnessa Türkiyənin 1-ci liqasında çıxış edən komandanın Voleybol Akademiyasının əsas çalışdırıcısı olmaqla yanaşı, aşağı yaş qrupuna da nəzarət edəcək. 
 


Qeyd edək ki, əslən Rusiyadan olan və bu komanda ilə iki dəfə Avropa çempionu adını qazanan 48 yaşlı Qorxmaz 2004-2007-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyub. O, 2001-2004-cü illərdə isə "Azərreyl”də oynayıb. 

Qeyd edək ki, Rusiya əsilli İnessa Qorxmaz bu ölkənin milli komandası (1993-2004) ilə Olimpiadanın gümüş medalını qazanıb, 3 dəfə Avropa çempionu olub, Dünya çempionatında gümüş və bürünc medallar qazanıb. O 2004-2009-cu illərdə Azərbaycan millisində çıxış edib. Veteran voleybolçu karyerası ərzində Rusiyada "Uraloçka", "Balakovskaya", Azərbaycanda "Azərreyl", İtaliyada "Piaçenza", Türkiyədə "Yeşilyurt", "Qalatasaray", TOKİ, "Eczaçıbaşı" klublarında çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR