Millimizin üzvləri də cəzalandırıldı

Millimizin üzvləri də cəzalandırıldı

Dekabr 12-də futzal üzrə Azərbaycan çempionatında yaşananlara hüquqi qiymət verilib.

Sport7.az xəbər verir ki, "Araz” – "Fənər” FK matçının 14-cü dəqiqəsində "Fənər”in ukraynalı futbolçusu Yevgeni Valenko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəza alıb. Oyunun 40-cı dəqiqəsində millimizin və "Araz”ın futbolçusu Rəcəb Fərəczadə və "Fənər”in üzvü Dimitri Komenko aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyunluq cəzalandırılıb.

Bundan bir gün əvvəl keçirilən EKOL – "Khazar İslands” matçında isə çimərlik yığmamızın üzvü Zeynal Zeynalov cəza alıb. EKOL-da çıxış edən Zeynalov 33-cü dəqiqədə idmançıya yaraşmayan hərəkətə yol verib və 1 oyun komandasına kömək edə bilməyəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR