Millimizin üzvü Avroliqa üçün almaniyalı kimi sifariş edildi

Millimizin üzvü Avroliqa üçün almaniyalı kimi sifariş edildi

İngiltərənin "Vulverhempton" klubu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovu Avropa Liqasına sifariş edib.

Sport7.az xəbər verir ki, 21 yaşlı hücumçunun adı mövsümün ikinci yarısı üçün iştirak ərizəsinə salınıb. Ancaq siyahıda Renat Dadaşov Almaniya vətəndaşı kimi göstərilib. Millimizin üzvü meydana 40 nömrəli forma ilə çıxacaq.

Qeyd edək ki, "Vulverhempton" 1/16 finalda İspaniyanın "Espanyol" klubu ilə üz-üzə gələcək. İngiltərə klubu ilk oyununu fevralın 20-də evdə, cavab görüşü fevralın 27-də səfərdə keçirəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR