Millimizin üzvü ermənini üstələdi, gümüş medal qazandı

Millimizin üzvü ermənini üstələdi, gümüş medal qazandı

Azərbaycan atleti Aleksis Kopello Polşanın Torun şəhərində davam edən Qış Avropa çempionatında gümüş medal qazanıb.

Sport7.az xəbər verir ki, kubalı legioner üç təkanda 17.04 metr tullanmağı bacarıb. Bununla da Kopello mövsümün ən yaxşı nəticəsini göstərib.

Avropa çempionluğunu əslən kubalı daha bir atlet, Portuqaliya təmsilçisi Pedro Pablo Piçardo 17,30 metr göstərici ilə əldə edib. Almaniyalı Maks Heb isə 17,01 metr nəticə ilə bürünc medalçı olub.

Kopellonun üstələdiyi atletlər arasında Ermənistan təmsilçisi Levon Ağasyan da olub. Ağasyan 16,55 m tullanaraq, 5-ci yerlə kifayətlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR