Millimizin üzvündən məhsuldar ötürmə, komandasından qələbə - VİDEO

Millimizin üzvündən məhsuldar ötürmə, komandasından qələbə - VİDEO

Millimizin üzvü Pavel Paşayev Ukrayna çempionatında növbəti oyununu keçirib.

Sport7.az xəbər verir ki, milliləşdirilmiş legioner 4-cü turun "Dnepr-1”lə matçında iştirak edib. Ev oyununa start heyətində çıxan müdafiəçi görüşü əvəzolunmadan keçirib. Pavelin komandası bu qarşılaşmada 4:1 hesablı darmadağına sevinib. Müdafiəçi bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb. Qarşılaşmanın 3-cü dəqiqəsində məhz onun ötürməsindən sonra komanda yoldaşı Denis Bezborodko baxımlı qola imza atıb.
 
4 oyundan sonra hesabında 6 xal olan "Aleksandriya” 4-cü pillədə qərarlaşıb.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR