Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha 2 köməkçisi məlum olub.

Sport7.az "Report"a istinadən xəbər verir ki, Benni Karbone və Klaudio Beluççi də yığmamın məşqçilər korpusunda yer alacaq.

Karbone son olaraq 2017/2018 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/2019) olub.

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilir.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR