Millimzdən qaçan baş məşqçidən ittiham yağışı

Millimzdən qaçan baş məşqçidən ittiham yağışı

May ayınadək Azərbaycan çempionu "Araz"la müqaviləsi olmasına rəğmən, Qazağıstan "Kayrat"ına köməkçi məşqçi keçən Joze Alesio yerli mətbuata müsahibə verib. Sport7.az braziliyalı mütəxəssisin açıqlamalarının maraqlı hissələrini təqdim edir.


- "Araz" və Azərbaycan millisinin baş məşqçisi ola-ola Siz "Kayrat"a köməkçi kimi gəldiniz.

- Azərbaycanda 5 il çalışdım. Son 3 ildə dəfələrlə rəhbərliyə işi daha peşəkar səviyyədə qurmağı tövsiyə etdim: struktur və infrastruktur qurmağı, gəncləri yetişdirməyi təklif etmişdim. Təəssüf ki, heç bir tərpəniş olmadı. Kakudan aldığım təklif isə mənə daha maraqlı göründü. Söhbət etdik, razılaşdıq. "Kayrat"da işlər daha peşəkar səviyyədə qurulub.

- Ancaq Azərbaycan KİV-inə müsahibənizdə demişdiniz ki, ölkəni tərk etməyəcəksiniz.

- Həqiqətən də Azərbaycanda qalıb işimi davam etdirmək istəyirdim. Lakin rəhbərliyə deyəndə ki, işi daha səlist aparmaq, münasib təlim-məşq toplanışları keçmək lazımdı, eyni cavabı eşidirdim: "Bunu sonra edərik". Axı sabah nəticələrə görə cavabdeh şəxs mən oluram.

- AFF-nin prezidenti Zaur Axyndov öz müsahibəsində Sizin qaçdığını bildirib.

- İki dəfə onun yanına gəlib "Kayrat"dan təklif aldığımı bildirmişdim. Hər dəfə "sakitləş, başını aşağı salıb işini gör", cavabını alırdım. Ancaq bu şəraitdə işimi davam etdirə bilməzdim. Hər mövsüm oyunçular gedir və yeni kollektiv qurmalı olurdum. Bunun üçünsə vaxt tələb olunur. Mən "Barselona, "Dinamo"dakı kimi iş qurmaq istəyirdim. Həmin klublarda əsas heyət illərlə qorunub saxlanır, hər mövsüm 1-2 yeni oyunçu cəlb olunur. Eyni zamanda Zaura minnətdarlığımı bildirmək istəyirəm. O, mənə xeyli köməklik göstərib.

- Axundov UEFA-dan Sizin cəzalandırılmağınızı tələb edəcəklərini bildirib.

- Bu, onun hüququdu. Çünki may ayınadək müqaviləm var. Lakin "Kayrat"ın hüququşünası məsələni müsbət həll edə biləcəklərini bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR