Millinin sabiq futbolçusu həbs olundu - Marixuana yetişdirirmiş

Millinin sabiq futbolçusu həbs olundu - Marixuana yetişdirirmiş

"Yuventus”, "İnter” və "Roma”nın keçmiş futbolçusu Luici Sartor həbs olunub.

Sport7.az xəbər verir ki, buna səbəb 46 yaşlı sabiq müdafiəçinin marixuana yetişdirməsidir. İtaliya yığmasının da formasını geyinmiş Sartor Parma yaxınlığında tərk edilmiş bir kortecdə şəriki ilə birlikdə 106 marixuana kolu yetişdirib. Keçmiş futbolçu 14 ay 20 gün müddətinə həbs cəzasına məruz qalıb. Ancaq cəzasını ev dustağı kimi çəkəcək.

"Yuventus”un yetirməsi olan Luici Sartor UEFA Kubokunun üçqat qalibidir. O, həmçinin 3 dəfə İtaliya kubokunu, 1 dəfə isə Superkubokunu qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR