Millinin sabiq futbolçusundan Azərbaycana dəstək

Millinin sabiq futbolçusundan Azərbaycana dəstək

Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə ölkəmizi təbrik edib.

Sport7.az xəbər verir ki, Braziliyalı keçmiş futbolçu bu haqda instaqram hesabında yazıb: "Qarabağda gedən müharibə ilə bağlı çox narahat idim. Tanrıya şükür ki, Azərbaycan ordusu döyüş meydanında qalib gəldi və möhtəşəm zəfər çaldı. Bütün Azərbaycan xalqını, ələxsus Qarabağı yenidən vətənə qovuşduran cəsur, mərd oğlanları alqışlayıram.
 
Əslində sakit birisiyəm və şəxsi həyatımla bağlı məsələləri sosial şəbəkələrdə bölüşmürəm, amma Qarabağla bağlı internetdə paylaşım etmişəm, çünki mən də özümü Azərbaycanın bir parçası hiss edirəm.
 
Peşəkar bir futbolçu kimi ölkənizə, qonaqpərvər və mehriban insanlarınıza çox borcluyam. Bakıda çox gözəl günlərim keçib, yığmadakı oyunlarımı xüsusi bir nostalji hissi ilə tez-tez xatırlayıram. Azərbaycan mənim ikinci vətənimdir, həmişə ay-ulduzlu üçrəngli bayrağımızı daha da uca etmək üçün futbol meydançasında əzmlə çalışmışam. Əfsuslar olsun ki, aldığım zədələr səbəbindən Bakıda karyeramı davam etdirə bilmədim. Artıq 5 ildir ki, futbol təcrübəmi yeni nəsillə bölüşürəm, məşqçi kimi fəaliyyət göstərirəm.
 
İnanıram ki, nə vaxtsa öz mənəvi borcumu qaytarmaq üçün Azərbaycana dönəcəm, çünki mən qəlbimdə Azərbaycanlıyam”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR