"Minsk-2019": 3 güləşçimiz yarımfinalda

Azərbaycanın 2 güləşçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə başlayıb.

Sport7.az xəbər verir ki, bu gün ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. 

Mahir Əmiraslanov (57 kq) 1/8 finalda Bolqarıstan təmsilçisi Georgi Vangelovu 6:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. 22 yaşlı idmançımız bu mərhələdə makedoniyalı Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib və yarımfinala çıxıb. Mahir bu mərhələdə rusiyalı Zaur Uquyevlə görüşəcək.

125 kq çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov isə 1/8 finalda belaruslu Vitali Piasniaka qalib gəlib – 6:0. O, 1/4 finalda macarıstanlı Daniel Liqetidən güclü olub - 6:5. Cəmaləddin final uğrunda görüşdə gürcü idmançı Givi Matçaraşvili ilə qarşılaşacaq.

86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev 1/4 finalda gürcüstanlı Sandro Amınaşvilini 6:2 hesabı ilə üstələyib. O, 1/2 finalda Rusiya güləşçisi Dauren Kuruqliyevi sınağa çəkəcək.

74 kq çəki dərəcəsində yarışan Hacımurad Hacıyev isə 1/8-də türkiyəli Soner Demirtaşa uduzub - 3:4. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR