"Minsk-2019": Azərbaycan daha bir medal qazandı

Azərbaycan karateçisi Roman Heydərov Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
 
Sport7.az xəbər verir ki, kata nüvündə mübarizə aparan idmançı Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.

Dueldən qalib ayrılan (25.46 - 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, bu, hazırda Azərbaycan yığmasının "Minsk 2019"da 21-ci medalıdı. Komandanın aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR