"Minsk 2019": Azərbaycanın qadın karateçisi yarımfinala yüksəlib

Azərbaycanın qadın karateçisi İrina Zaretska "Minsk 2019" II Avropa Oyunlarında yarımfinala yüksəlib. 

Sport7.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı A qrupunda keçirdiyi 3 qarşılaşmadan ikisində qələbə qazanıb, birində isə heç-heçə edib. 

Zaretskanın italiyalı Silviya Semeraro ilə duelində qalib müəyyənləşib - 0:0. Karateçi ardınca fransalı Alize Aqieri 7:2 hesabı ilə məğlub edib. İdmançı daha sonra Slovakiya təmsilçisi Miroslava Kopunovadan güclü olub - 6:0.

Qeyd edək ki, bu gün Asiman Qurbanlı (84 kq) da kumite yarışlarında mübarizə aparacaq. Roman Heydərov (kata) isə bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorgunerlə qarşılaşacaq. (Report)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR