"Minsk 2019": Karateçimiz bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycan karateçisi Roman Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxacaq.

Sport7.az xəbər verir ki, kata növündə mübarizə aparan idmançı B qrupunda ikinci mərhələdə 25.40 xal toplayıb.

O, medal uğrunda dueldə almaniyalı İlya Smorgunerə rəqib olub.

*** 11:21

Azərbaycan karateçisi Roman Heydərov "Minsk 2019" II Avropa Oyunlarında növbəti mərhəyə yüksəlib. 

Kata növündə mübarizə aparan idmançı B qrupunda 24.63 xalla üçüncü olub. Bu, ona növbəti mərhələdə iştirak üçün kifayət edib.

Qeyd edək ki, bu gün İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (84 kq) kumite yarışlarında mübarizə aparacaq. ("Report")
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR