"Neftçi” Mirabdulla Abbasovla
2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.
Sport7.az xəbər verir ki, "Səbail"də çıxış edəcək 24 yaşlı hücumçu müqaviləyə əsasən 2020/2021 mövsümünün sonunadək "Neftçi"nin üzvü olacaq.
Bu barədə klubun rəsmi saytında aşağıdakı məzmunda açıqlama yer alıb:
Mirabdulla Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə
başqa kluba icarəyə verilməsi üçün "Neftçi” PFK-nın rəhbərliyinə müraciət
edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçumuz, həm də gələcəkdə
komandamız üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib.
Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün bu mövsümün sonunadək "Səbail”
klubuna icarəyə verilib.
Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016,
2017-2019-cu illər ərzində "Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol
vurub.
Sport7.az