MMA döyüşçüsü evinin yaxınlığında güllələndi

MMA döyüşçüsü evinin yaxınlığında güllələndi

Bellatorda yüngül çəki dərəcəsində çıxış edən İsaiya Çapman evinin yaxınlığında ölü halda tapılıb.

Sport7.az xəbər verir ki, Çapmanın güllələndiyinə dair məlumat jurnalist Devid Makkini və Bellatorun matç-meykeri Riç Çou tərəfindən təsdiqlənib.
 
"MMAJunkie"yə görə, hüquq-mühafizə orqanları yerli vaxtla saat 21:40-da atışma ilə bağlı çağırış qəbul ediblər. Hadisə yerinə yollanan polislər silah yarası almış Çapmanla qarşılaşıblar. Xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, 30 yaşlı döyüşçünün həyatını xilas etmək mümkün olmayıb. Ona hücum edən şəxsin kimliyi indilik bəlli deyil.

Çapman 10 illik MMA karyerasına sahib idi. O, ilk həvəskar döyüşünü 2010-cu ildə keçirmişdi. 2012-ci ildə peşəkar səviyyədə debüt edən İsaiya, sonuncu dəfə 2019-cu ildə oktaqonda görünmüşdü. Amerikalı idmançı Bellator 232 çərçivəsində Patrik Miksə məğlub olmuşdu. MMA karyerası ərzində 13 döyüş keçirən Çapman 9 qələbə qazanmışdı.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR