MMA döyüşçüsü nokauta yolladığı rəqibi ilə məzələndi - VİDEO

MMA döyüşçüsü nokauta yolladığı rəqibi ilə məzələndi - VİDEO

MMA qarışıq döyüş üzrə İngiltərə təmsilçisi Maykl Peydj "Bellator 227” turnirində  irlandiyalı Riçard Kieli üzərində qələbə çalıb.

Peydj birinci raundda tullanaraq dizi ilə Kieliyə zərbə endirib və onu nokauta yollayıb. Bundan sonra ingiltərəli guya özü zərbə almış kimi başgicəllənmə təqlid edib. 

Oyunun görüntüləri təşkilatın "Twitter” akkauntunda yerləşdirilib.

Bir müddət sonra Peydj və artıq özünə gəlmiş Kieli arasında mübahisə də başlayır. Bəzi sosial şəbəkə istifadəçiləri Peydjin bu hərəkətini opponentini ələ salmaq kimi dəyərləndiriblər.

Bəziləri isə Peydjin yadına braziliyalı Duqlas Lima tərəfindən 35 saniyə ərzində nokauta yollanmağını salıblar. (oxu.az)

 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR