MMA döyüşçüsü restoranda dalaşdı - VİDEO

MMA döyüşçüsü restoranda dalaşdı - VİDEO

28 yaşlı amerikalı döyüşçü Mayk Perri böyük qalmaqala səbəb olub.

Sport7.az xəbər verir ki, orta çəkidə UFC liqasında çıxış edən idmançı Texasdakı restoranlardan birində yaşlı kişini nokauta salıb. Zərbə endirməmişdən qabaq Maykın qarşı tərəfi hədələdiyi də aydın eşidilir.

Polis həmin məkanın Perrinin sevgilisi Latori Qonsalesin yaşadığı ərazidə yerləşdiyini və dava-dalaş zamanı 3 şəxsin xəsarət aldığını müəyyənləşdirib. Şahidlər isə Perrinin zərərçəkəni vurduğunu və həmin şəxsin xəstəxanaya aparıldığını söyləyib.

"MMA Fighting" idmançının hadisə yerində sorğu-sual edilsə də, həbs olunmadığı yazıb. Mənbə onun yaxın günlərdə məhkəmə qarşısına çıxacağı və canını pul cəzası ilə qurtaracağını vurğulayıb.

Qeyd edək ki, bu, Mayk Perrinin oktaqondan kənarda gücünü göstərdiyi ilk hal deyil. Daha öncə o, barlardan birinin yaxınlığında dalaşdığı kişini necə nokauta göndərdiyinin videosunu paylaşmışdı.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR