Modriç karyerasını ABŞ-da davam etdirə bilər

Modriç karyerasını ABŞ-da davam etdirə bilər

"Real"ın yarımmüdafiəçisi Luka Modriç Devid Bekhemin sahibi olduğu "İnter Mayami" klubuna keçə bilər.

Bu barədə "El Chiringuito"nun efirində jurnalist Eduardo İnda məlumat verib:

"Luka Modriçin potensial istiqamətlərindən biri də gözəl Mayami şəhəri ola bilər. "İnter Mayami"nin sahiblərindən biri onun karyerasının son illərini məhz bu klubda keçirməsini istyir. "Real" Modriçlə yollarını ayırmağa hazırdı. Gələn il onun 35 yaşı olacaq".

Xorvatiyalı futbolçu cari mövsümdə La Liqada 7 matçda meydana çıxıb və 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR