Modriç millimizlə oyunda zədələnib

Modriç millimizlə oyunda zədələnib

"Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə oynanılan görüşdə (1:1) zədələnib.

Modriçin sağ ayağının adduktor əzələsində zədə aşkarlanıb. Onun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı indilik bəlli deyil.

Qeyd edək ki, 34 yaşlı futbolçu millimizlə görüşdə komandasının yeganə qolunun müəllifi olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR