MOİK xərəkdaşıyanla topdaşıyanlara,

MOİK xərəkdaşıyanla topdaşıyanlara, "Zaqatala" ilə "Keşlə" formaya görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasın Birinci Divizionun 14-cü turuna həsr olunmuş hissəsində qaydaları pozanlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.
 
17.02.2021-ci ildə I Divizionun XIV turunun MOİK – "Zaqatala” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
17.02.2021-ci ildə I Divizionun XIV turunun MOİK – "Zaqatala” oyununda xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 64.2)
 
17.02.2021-ci ildə I Divizionun XIV turunun MOİK – "Zaqatala” oyununda "Zaqatala” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur. (maddə 69.5)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun "Keşlə-2” – "Neftçi-2” oyununda "Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun "Keşlə-2” – "Neftçi-2” oyununda "Keşlə-2” klubunun 14 nömrəli futbolçusu Turan Vəlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun "Keşlə-2” – "Neftçi-2” oyununda "Keşlə-2” klubunun 90 nömrəli futbolçusu Orxan Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun "Keşlə-2” – "Neftçi-2” oyununda "Keşlə-2” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur. (maddə 69.5)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun "Keşlə-2” – "Neftçi-2” oyununda "Neftçi-2” klubunun 75 nömrəli futbolçusu Nihad Qurbanlı "sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR