"Moldova yığmasının necə oynayacağını bilirdik" - Alesio

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, braziliyalı mütəxəssis bunları söyləyib: "Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Moldova yığmasının isə necə oynayacağını bilirdik. Buna görə də uşaqlara diqqətli olmağı, erkən qol vurmağı tapşırmışdım. Çünki hesabı tez açsaq, növbəti qolları da vuracaqdıq.

Ümumi götürsək, istədiyimiz alındı. Vacib olan nəticəni - qələbəni qazandıq. Moldova millisinin üzvləri fiziki planda güclüdürlər. Onlar daim hərəkətdə idilər.

Narazı qaldığım məqam hücumçumuz Rafael Vilelanın sarı vərəqə alması oldu. Artıq passivində 3 sarı vərəqə var və o, növbəti oyunda bizə kömək edə bilməyəcək”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR