Monako Qran-prisi ləğv olunur

Monako Qran-prisi ləğv olunur

"Formula 1" üzrə Monako Qran-prisi ləğv olunacaq.

Sport7.az xəbər verir ki, bu barədə "Grand Prix 247" məlumat yayıb.
 
Xəbərə görə, "Formula 1" rəhbərliyi yarışın ləğv olunduğunu rəsmi olaraq elan edəcək.

Monako Qran-prisi mayın 22 - 24-də tutulub. Monakoda 3 nəfər koronavirus pandemiyasına yoluxub, restoranlar, kazinolar, kafelər, teatrlar, kinoteatrlar və gecə klubları bağlanıb.

Qeyd edək ki, daha öncə "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı koronavirusa görə ləğv edib. Bəhreyn, Vyetnam və Çin Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb. İyunun 5 - 7-də isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR