Monako Qran-prisinin qalibi müəyyənləşdi

Monako Qran-prisinin qalibi müəyyənləşdi

"Formula 1" üzrə Monako Qran-prisinə yekun vurulub.

Sport7.az xəbər verir ki, Qran-prinin qalibi "Mersedes"in pilotu Luis Hemilton olub.

O, 78 dövrəlik mübarizənin yekununda finişə 1 saat 43 dəqiqə 28,437 saniyəyə çatıb. İkinci yeri "Ferrari" pilotu Sebastyan Fettel tutub. Üçüncü yer isə Hemiltonun komanda yoldaşı Valtteri Bottasa qismət olub.

Əslində finişə ikinci yerdə "Red Bull" pilotu Maks Ferstappen çatıb. Amma o, yarışın gedişində pit-stopa təhlükəli girişi üzündən 5 saniyə cərimələnib. Bu səbəbdən, Ferstappen yekunda 4-cü olub.

Bu, britaniyalı 5 qat dünya çempionu Lüis Hemiltonun karyerasında 77-ci qələbəsi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR