Monçi "Sevilya"ya qayıdır

Monçi
"Sevilya" prezidenti Xose Kastro "Roma"nın sabiq idman direktoru Monçi ilə danışıqlara başladıqlarını bəyan edib.

"Xoakin Kaparros artıq idman direktoru kimi çalışmayacaq. Biz bu pozisiyaya ən yaxşı mütəxəssisi dəvət etməyi planlaşdırırıq. Söhbət Monçidən gedir. Artıq onunla görüşmüşük. Danışıqlarda müsbət nəticələr əldə olundu", - deyə klub rəhbəri bildirib.

Monçi 2000-2017-ci illər aralığında "Sevilya"nın idman direktoru olub. "Roma"dan ayrıldıqdan sonra onun adı "Arsenal"la birgə hallanırdı.

Qeyd edək ki, "Sevilya" ötən gün baş məşqçi Pablo Maçini istefaya göndərib. Onu postunda klubun idman direktoru Xoakin Kaparros əvəzləyib.

Sport7.az

Xəbər lenti