Moskvada Ukrayna şahmatçılarının cəsədi tapıldı

Moskvada Ukrayna şahmatçılarının cəsədi tapıldı

Moskvada bir mənzildə iki gəncin cəsədi tapılıb. 

Sport7.az xəbər verir ki, cəsədi tapılanların peşəkar Ukrayna şahmatçıları - 2013-cü ildə sürətli şahmat üzrə Ukrayna çempionu olmuş 26 yaşlı Stanislav Boqdanoviç və FİDE reytinqində 1861-ci yeri tutan 18 yaşlı Aleksandra Verniqora olduqları üzə çıxıb.

İlkin informasiyaya görə, gənclər dəm qazından ölüb. "Onların başlarında hamam torbaları olub", - TASS-a məlumat verən mənbə deyib. 

Ukrayna mediası yazıb ki, Boqdanoviç Rusiyanı fəal dəstəklədiyi üçün 3 martda "Sülhməramlı” veb saytının bazasına əlavə edilib.

İstintaq tədbirləri davam etdirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR