Mourinyo karantin qaydalarını pozdu, səhvini boynuna aldı

Mourinyo karantin qaydalarını pozdu, səhvini boynuna aldı

Koronavirusla bağlı qadağalara məhəl qoymayıb futbolçuları ilə birlikdə parkda məşq zamanı görülən "Tottenhem"in baş məşqçisi Joze Mourinyo səhvini qəbul edib.
 
Sport7.az xəbər verir ki, ingilis mətbuatına danışan mütəxəssis "Davranışlarımın dövlət protokolu ilə uyğun olmadığını qəbul edirəm. Sadəcə, ailəmizlə təmasda olmalıyıq. Qəhrəman tibb işçilərini dəstəkləmək və həyat xilas etmək üçün hamımız üzərimizə düşəni yerinə yetirməliyik" sözlərini söyləyib.
 
Mourinyo, futbolçular, Davinson Sançez, Tanquy Ndombele və Rayan Sessenyonla birlikdə Londondakı parkların birində məşq edərkən diqqət mərkəzinə düşmüşdü. 
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR