Mourinyu Fellayninin transferində maraqlıdı

Mourinyu Fellayninin transferində maraqlıdı

"Tottenhem"in baş məşqçisi Joze Mourinyu "Şandun Lunen"in yarımmüdafiəçisi Maruan Fellaynini komandasında görmək istəyir.

"DH Les Sports"un xəbərinə görə, Mourinyu Fellayni ilə əlaqə saxlayıb və onunla İngiltərə Premyer Liqasına mümkün qayıdışını müzakirə edib. Portuqaliyalı mütəxəssis 32 yaşlı futbolçunun keçidinin qış "transfer pəncərəsi"ndə rəsmiləşməsinin tərəfdarıdı. Onun fikrincə, "Tottenhem"in heyətində bənzər özəlliklərə sahib oyunçu yoxdu.

Fellayninin Asiya təmsilçisi ilə olan müqaviləsi 2021-ci ilin dekabr ayına kimi nəzərdə tutulub. Saziş daha bir il müddətinə uzadıla bilər.

Cari mövsümdə Çin çempionatında 22 matçda meydana çıxan belçikalı xavbekin aktivində 8 qol və 3 məhsuldar ötürmə var.

Qeyd edək ki, Fellayni daha əvvəl "Mançester Yunayted"də Mourinyunun rəhbərliyi altında oynayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR