Mourinyu

Mourinyu "Real"a qayıda bilər

Joze Mourinyu yenidən "Real"ı çalışdıra bilər.

"Malyorka" ilə oyunda qeydə alınan məğlubiyyətdən (0:1) sonra "Real"ın prezidenti Florentino Peres Mourinyu ilə əlaqə saxlayıb. Onlar birlikdə mümkün təyinatı müzakirə ediblər. Bu barədə "El Chiringuito"nun efirində jurnalist Borxa Masarro məlumat verib.

2010-2013-cü illərdə Madrid klubunda işləyən portuqaliyalı mütəxəssis təklifə müsbət yanaşır.

Qeyd edək ki, 9 turdan sonra aktivində 18 xalı olan "Real" hazırda La Liqanın ikinci pilləsində qərarlaşıb. "Kral klubu" yalnız "Barselona"dan geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR