Mourinyu

Mourinyu "Tottenhem"də ilinə 15 milyon funt qazanacaq

"Tottenhem"in baş məşqçi postu Joze Mourinyuya həvalə olunub.

"Daily Mail"in xəbərinə görə, Mourinyu yeni iş yerində ilinə 15 milyon funt qazanacaq. Portuqaliyalı mütəxəssisin məvacibi sələfi Poçettinonun maaşından təxminən iki dəfə çox olacaq.

Mourinyunun müqaviləsi 2022-2023 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, 12 turdan sonra aktivində 14 xalı olan "Tottenhem" Premyer Liqada 14-cü sırada qərarlaşıb. Çempionlar Liqasında isə London klubu "Bavariya"nın ardınca qrup ikincisidi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR