"Mourinyunun adının "Real"la hallanması məni narahat etmir" - Zidan

"Real"ın baş məşqçisi Zinədin Zidan, istefaya göndəriləcəyi və Joze Mourinyunun komandaya baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib:

"Mətbuata inanası olsaq, mənim artıq işimin başında olmadığımı yazırlar. Mən özümə güvənirəm. Geri addım atan biri deyiləm. Son ana qədər mübarizə aparmağı öyrənmişəm. İstefa haqda düşünmürəm. Hazırda sadəcə "Sevilya" ilə oyunda qələbə qazanmaq barədə fikirləşirəm.

Mourinyunun adının "Real"la hallanması məni narahat etmir. Nədisə odu. Jozenin təyinatı ilə bağlı xəbərləri oxuyub-oxumadığım barədə isə sizi məlumatlandırmaq kimi bir öhdəliyim yoxdu.

Yeni layihəni bəyəndiyimdən, "Real"a qayıtmaq qərarına gəldim. Gördüyünüz kimi, buradayam və sonuna kimi də çalışmağa davam edəcəm. Hədəfimizə çatmaq üçün birlik olmalıyıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR