MPK prezidenti UNİCEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşdü

MPK prezidenti UNİCEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşdü

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov UNİCEF-in Azərbaycandaki nümayəndəliyin rəhbərinin müavini xanım Min Yuan ilə görüş keçirib.

Sport7.az xəbər verir ki, görüşdə MPK prezidenti İlqar Rəhimov qonağa komitənin fəaliyyəti, əldə olunan nailiyyətlər barədə və bu il baş tutacaq "Tokio 2020” Yay Paralimpiya oyunlarına hazırlıq barədə məlumat vermişdir.

Komitə prezidenti İ.Rəhimov Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması işində yeni mərhələ başlandığını qeyd edib. MPK-nın nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin son beş il ərzində respublikamızda uşaq paralimpiya hərəkatının yaradılması və inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə qonağa məlumat verilib.
 
Rəhimov ölkəmizdə uşaq paralimpiya hərəkatının daha da genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində işlərin sürətləndirilməsi, hər il keçirilən Uşaq Paralimpiya Oyunlarınanın beynəlxalq səviyyəli yarışlara çatdırılması Komitənin prioritet məsələrindən biri sayıldığınığını vurğulayıb.
 
Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçildiyini qeyd edən İ.Rəhimov UNİCEF-in gənclər arasında Abilimpiya hərəkatının təbliğ olunmasında dəstək ola biləcəyini bildirib.
 
Min Yuan MPK-nı Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilməyi ilə təbrik edib və UNİCEF-in bu istiqamətdə lazımi olacaq dəstəyi verəcəyini bildirib.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsi ölkəmizdə Abilimpiya hərəkatının inkişafını dəstəkləmək üçün Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilmək üçün müraciət etmişdir. Bununla bağlı BAF-da ümümi yığıncağ keçirilib və Azərbaycan Milli Paralimpiya Komitəsinin üzvlüyü yetkinliklə qəbul edilmişdir.
Abilimpiya hərəkatı 1970-ci ildə Yaponiyada yaradılıb. Bacarıqların Olimpiya (Olympics of Abilities) hərəkatı yaradılmasında məqsəd əlilliyi olan şəxslərin peşə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, peşəkar mütəxəssislər hazırlamaqdır.
 
Görüşdə iştirak edən sosial məsələlər üzrə ekspert Sevda Səfərəliyeva "Müstəqil həyat məktəbdən başlayır” layihəsi barədə qonaqlara və Komitə rəhbərliyinə geniş məlumat vermişdir.
 
Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR