MPK prezidenti Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

MPK prezidenti Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Sport7.az xəbər verir ki, görüşdə MPK prezidenti İlqar Rəhimov qonağa 2020-ci ilin Paralimpiya Oyunları ilinin olduğunu bildirib, oyunlara hazırlıq və eyni zamanda növbəti dəfə Bakıda keçiriləcək "IBSA JUDO GRAND PRIX BAKU 2020” haqqında məlumat vermişdir.

Komitə prezidenti Azərbaycanda əlilliyi olan uşaqların idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını da qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda uğurla ölkəmizi təmsil edirlər.
 
2019-cu ilin noyabr ayında keçirilən "Yenilməzlər” beynəlxalq qala təqdimatı haqqında məlumat verilmiş və regionlarda bu layihənin davam etdirilməsi planlaşdırıldığı qeyd edilmişdir.
 
Rəhimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlığın olduğunu bildirib.
 
2021-ci ildə İslam Həmrəyliyi Oyunlarının Türkiyənin Konya şəhərində keçiriləcəyi və bu oyunlara 4 paralimpiya idman növünün daxil edildiyi vurğulanmışdır.
Səfir Erkan Özoral öz növbəsində ölkəsinin paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, Paralimpiya Komitəsi ilə əlaqələrin qurulmağını vacib hesab edərək müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini bildirmişdir. Eyni zamanda Azərbaycanda fəaliyət göstərən Türkiyə Respublikasının iş adamları və onların birlikləri ilə əlaqələrin qurulmasında köməklik göstərməsini vurğulamışdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR